"Greenservice Plus" şirkətinin direktoru Laşa Pursxvanidze və Tbilisi Meriyasının ətraf mühitin mühafizəsi xidmətinin rəhbəri Qiqa Qiqaşvili gecə polis idarəsini tərk etdilər
Vake Parkında baş vermiş faciəvi hadisə ilə bağlı Vake-Saburtalo Polisində aparılan sorğular artıq bu vaxt üçün başa çatdırlıb.
“Greenservice Plus” şirkətinin direktoru Laşa Pursxvanidze və Tbilisi Meriyasının ətraf mühitin mühafizəsi xidmətinin rəhbəri Qiqa Qiqaşvili gecə polis idarəsini tərk etdilər. Onlar dindirilmədə hələ dünəndən idilər.
Oktyabrın 13-də uşaqlar Vake Parkında oynayarkən fəvvarəyə topları düşdü və onu götürərkən üç azyaşlını elektrik cərəyanı vurdu. Hər üç xəsarət alan klinikaya aparıldı. Yeniyetmələrdən biri, 13 yaşlı qız klinikada dünyasını dəyişdi.
Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyində elektrik və ya istilik enerjisindən, qazdan, neftdən və ya neft məhsullarından istifadə zamanı təhlükəsizlik qaydalarını pozma maddəsi ilə Cinayət Məcəlləsinin 240-cı maddəsinin birinci hissəsi ilə araşdırma aparılır.