"Qormedo" klinikasının direktoru - Ölkə və klinik sektor pandemiyayı çox hazırlıqlı qarşıladıq
"Qormedo" klinikasının direktoru - Ölkə və klinik sektor pandemiyayı çox hazırlıqlı qarşıladıq

Düşünürəm ki, klinkalar kifayət qədər səfərbər olunublar. Klinikalarda COVİD-pasientlər üçün yerlər var, – bu bəyanatı “Qormedo” klinikasının direktoru Xatina Şrub baş nazirlə klinika direktorlarının görüşü başa çatdıqdan sonra verdi.

Onun dediyinə görə, klinikalara müraciət sayı çoxdur, ancaq müvafiq şəkildə yerlər də boşalır və yeni pasientlər qəbul olunur.

“Klinikalarda yerlərin olmaması ilə bağlı fikirlə razı deyiləm, yerlər var, sadəcə olaraq, o qədər insan müraciət edir ki, buna fiziki olaraq, heç bir sektor və heç bir dövlətin səhiyyə sistemi dayana bilməz.

Biz bir ölkə və səhiyyə sektoru olaraq, pandemiyayı çox hazırlıqlı bir şəkildə qarşıladıq. Bizim klinikamızdaki vəziyyəti nəzərə alaraq, deyə bilərəm ki, yataq-fondumuz dolub, ancaq bu demək deyil ki, yerlər boşalmır və hər gün yeni pasientlər gətirilmir” – dedi Xatuna Şrub.