Qori Munisipalitetinin Dzevera kəndində məcburi köçkün ailələri üçün müasir standartlara cavab verən 14 ev tikilib
Qori Munisipalitetinin Dzevera kəndində məcburi köçkün ailələri üçün müasir standartlara cavab verən 14 ev tikilib. Bu barədə Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Onların məlumatına görə, yaxın vaxtlarda sahəsi 80 kvadratmetrə qədər olan evlər tam təmirli vəziyyətdə məcburi köçkün ailələrinə təhvil veriləcək.
“Tikinti işləri Almaniya hökumətinin ayırdığı qrant çərçivəsində aparılıb.
Bu mərhələdə su sisteminin quraşdırılması aktiv mərhələdədir və bunu Məcburi Köçkünlər, Ekomiqrantlar və Dolanışıq Mənbələrinin Təminatı Agentliyi həyata keçirir. Agentliyin direktoru Zurab Utiaşvili görülən işlərlə yerindəcə tanış olub. Ətrafın abadlaşdırılması, yolların abadlaşdırılması da nəzərdə tutulub.
Dzevera kəndində məskunlaşmaq istəyən köçkün ailələrinin ərizələrinin qəbulu artıq başa çatıb. Agentlik yeni tikilən evləri meyarlara uyğun bölüşdürəcək”, – nazirliyin məlumatında deyilir.