“Google” Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edir
“Google” Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edir

“Google” Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edir. Mayın 26-sı gələn kimi saat 00:00-dan etibarən axtarış sisteminin əsas səhifəsində Gürcüstan bayrağının təsviri olan xüsusi “doodle” peyda olub.

Axtarış sistemində qeyd olunur ki, Gürcüstan bu gün Müstəqillik Gününü qeyd edir.

“Doodles” istifadəçini Gürcüstanın Müstəqillik Günü ilə bağlı məlumatların yerləşdiyi axtarış sisteminin müvafiq səhifəsinə aparır.