Google 2018-ci ilin iyun ayından kriptovalyuta reklamına qadağan qoyacaq
Google 2018-ci ilin iyun ayından kriptovalyuta reklamına qadağan qoyacaq.
Bu barədə məlumatı xarici medya yayır.
İnformasiya agentliyinin məlumatına görə, şirkət bu qərarı çərşənbə günü, “pis reklamları” müzakirə edərkən verdi.
“Biz kriptovalyutanın gələcəyinin hansı istiqamətdə gedəcəyini görə bilmirik, ancaq indiyə qədər bir çox zərər görən istifadəçi gördük və gələcəkdə daha çox istifadəçinin zərər görmə potensiyalı böyükdür. Ona görə də, bu məsələyə xüsusi diqqət ilə yanaşmalıyıq” – dedi Google şirkətinin direktoru Skot Spenser.
Xatırladaq ki, bənzər addımı yanvar ayında sosiyal şəbəkə Facebook da qoydu və bəyan etdi ki, istifadəçiləri səhvə salıb, zərər verən şirkətlərlə əməkdaşlığı dayandıracaq.