Qomi-Saçxere-Çiatura-Zestaponi yolunun hissəsində müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır
Qomi-Saçxere-Çiatura-Zestaponi yolunun hissəsində müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır-bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin məlumatında deyilir.
“Güclü qar yağması və temperaturun aşağı düşməsi ilə əlaqədar daxili dövlət əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun 1 km-40 km hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.
Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir”- məlumatda deyilir.