Qoça Lordkipanidze - Mənim üçün beynəlxalq hüquq məhkəməsinə hakim seçilmək böyük fəxrdir
Mənim üçün beynəlxalq hüquq məhkəməsinə hakim seçilmək böyük fəxrdir və bu işdə, məni dəstəklədikləri və etibar etdikləri üçün Gürcüstanın baş nazirinə və Gürcüstan prezidentinə təşəkkür edirəm, – bu bəyanatı Haaqa Məhkəməsinə ilk gürcü hakim olaraq, seçilən Qoça Lordkipanidze verdi.
Qoça Lordkipanidze Gürcüstanın sabiq Ədliyyə Naziri Tea Tsulukianiyə də xüsusi təşəkkür etdi.
“Bütün bu seçki prosesi Tea Tsulukianinin və bütün ədliyyə dəstəsinin dəstəyi və qoşulması ilə keçirildi. Həmçinin, Xarici İşlər Nazirimizə də təşəkkür etmək istəyirəm.
Hakim səlahiyyətimə başlayana qədər isə, bir neçə ay ərzində, Gürcüstanın nazirlər kabinetində, iqtidar dəstəsində, Ədliyyə Naziri vəzifəsində işləmək mənim üçün böyük şərəf olacaq” – dedi Lordkipanidze.
Xatırladaq ki, Qoça Lordkipanidze, Haaqanın Beynəlxalq Hüquq Məhkəməsində ilk gürcü hakim olaraq, seçildi.