Qoqita Todradze - son ilin göstəricilərinə əsasən 100 minə yaxın insan ölkəni tərk edib, lakin təxminən 75 min nəfər daxil olub
Qoqita Todradze - son ilin göstəricilərinə əsasən 100 minə yaxın insan ölkəni tərk edib, lakin təxminən 75 min nəfər daxil olub

 

Son ilin göstəricilərinə əsasən 100 minə yaxın insan ölkəni tərk edib, lakin təxminən 75 min nəfər daxil olub – bu gün parlamentə 2021-ci il üzrə fəaliyyət hesabatını təqdim edən Milli Statistika Xidmətinin icraçı direktoru Qoqita Todradze Dimitri Xundadzenin sualına belə cavab verib.

Deputat Dimitri Xundadze son dövrlərdə nə qədər vətəndaşın ölkəni tərk etdiyi, neçə nəfərin geri qayıtması ilə maraqlanıb.

“Miqrasiya saldosunun göstəricisi vacibdir. Bəzi rəqəmləri yanımda gətirmişəm və miqrasiya saldosunun necə olduğunu diqqətinizə çatdıracağam, məsələn, 2021-ci ildə mənfi 25 minə yaxın idi, 2020-ci ildə bu, ötən illərdə müsbət miqrasiya saldosunun qeydə alındığı yeganə il idi, ölkəyə gələnlər tərk edənlərdən çox idi, bu təxminən müsbət 15-16 min insan idi. 2019-cu ildə mənfi 8 min, 2018-ci ildə mənfi 11 min olub. Əvvəlki dövrə nəzər salsaq, məsələn, 2010-cu ildə mənfi 30 min idi, 2011-ci ildə mənfi 35 min idi, yəni əvvəlki dövrdə gedənlərin sayı gələnlərdən çox idi. Bu göstəricilər, təbii ki, Milli Statistika Xidmətinin saytında yerləşdirilib” – deyə Todradze açıqlayıb.