Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, çətin meteoroloji şəraitlə əlaqədar daxilidövlət əhəmiyyətli Batumi (Anqisa)-Axaltsixe avtomobil yolunun km106-km123 hissəsində (Qoderdzi aşırımı) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.