GNERC - xalis hesabaalmaya qoşulmuş elektrik stansiyalarının gücü 39 meqavata qədər artıb
GNERC - xalis hesabaalmaya qoşulmuş elektrik stansiyalarının gücü 39 meqavata qədər artıb

 

Xalis hesabaalmaya qoşulmuş elektrik stansiyalarının gücü 39 meqavata qədər artıb-bu barədə Enerji və Su Təchizatının Tənzimlənməsi üzrə Gürcüstan Milli Komissiyası məlumat yayır.

Enerji və Su Təchizatının Tənzimlənməsi üzrə Gürcüstan Milli Komissiyasından verilmiş məlumata əsasən, son göstəricilərlə sistemə 760 kiçik elektrik stansiyası qoşulub, onların ümumi gücü 39 meqavatdır. O cümlədən 223 kiçik elektrik stansiyası “Telasi” paylayıcı şəbəkəsinə ; “Energo Pro Georgia”nın paylayıcı şəbəkəsinə isə 537 kiçik elektrik stansiyası qoşulub.

Əgər şəxs günəş, külək, su və ya digər bərpa olunan enerji mənbəyi ilə çalışan və gücü 500 kilovatdan çox olmayan kiçik elektrik stansiyasına malikdirsə, o, paralel rejimdə elektrik enerjisinin paylayıcı şəbəkəsinə qoşula və artıq qalan elektrik enerjisini paylayıcı müəssisəyə verə bilər. Bu, şəxsə öz istehlakını qarşılamağa, kommunal xərclərə qənaət etməyə və üstəlik, paylayıcı şirkətdən fayda əldə etməyə, həmçinin, ətraf mühitə zərərli təsir göstərmədən təmiz enerji istehsal etməyə imkan verəcək.

Xalis hesabaalma-bu, kiçik elektrik stansiyası tərəfindən istehsal olunan elektrik enerjisinin şəbəkəyə ötürülməsi və şəbəkədən alınan elektrik enerjisinin qarşılıqlı (əks) şəkildə hesabaalma prosesidir, bu zaman istehsal olunan və istehlak olunan elektrik enerjisi bir-birindən tutulur.