GNERC-də enerji birjasının texniki cəhətdən sentyabrın 1-də fəaliyyətə başlamağa hazır olduğunu bildirirlər
GNERC-də enerji birjasının texniki cəhətdən sentyabrın 1-də fəaliyyətə başlamağa hazır olduğunu bildirirlər

 

Enerji və Su Təchizatını Tənzimləmə Komissiyasından verilən məlumatda, enerji birjasında ticarətə başlamaq üçün bütün texniki resursların qaydasında olduğu bildirilir.

İdarədən verilən məlumatda birjanın fəaliyyətə başlamağa hazır olduğu deyilir.

“Mövcud olan və bir neçə gün bundan əvvəl iqtisadiyyat nazirinin barəsində danışdığı xarici riskləri nəzərə almasaq, sistem bazarın açılması üçün demək olar ki hazırdır. Yekun qərarı hökumət verəcək və biz də gözləmə rejimindəyik. Texniki cəhətdən sistem hazırdır” – deyə Davit Narmania bildirib.

Xatırladaq ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili hökumətin enerji birjasının fəaliyyətə başlaması ilə bağlı yekun qərarı sentyabrın 1-də verəcəyini bildirib. Davitaşvilinin qeyd etdiyi üzrə, məsələ çox mürəkkəbdir, hökumət müəyyən məsələləri müzakirə edir.