Qlola kəndinə elektrik enerjisinin verilişi bərpa olunub, hazırda təkcə Şovi istirahət mərkəzinə elektrik enerjisi verilmir
“Energo-Pro Georgia” şirkətinin texniki heyətləri Oni Munsipalitetinin Qlola kəndinin elektrik enerjisinin verilişini bərpa etməyə müvəffəq olublar -deyə”Energo-Pro Georgia”nın açıqlamasında deyilir.
“Hazırda təkcə Şovi istirahət mərkəzinə elektrik enerjisi verilmir. Oni Munisipalitetinin digər kəndləri də elektrik enerjisi ilə stabil olaraq təmin olunur.
Hazırda Şovidə sürüşmə səbəbindən hərəkət etmək mümkün deyil. Müvafiq olaraq, oradakı elektrik şəbəkəsinin vəziyyəti ilə bağlı məlumatı hələ də dəqiqləşdirmək mümkün deyil” – “Energo-Pro Georgia”da deyirlər.