Qldanidə ticarət mərkəzində yanğın baş verir

18:21, 16.08.2024

Qldanidə, Vekua küçəsində, “Mariam” ticarət mərkəzində yanğın baş verib.

Fövqəladə Halların İdarə Edilməsi xidmətində Gürcüstanın Birinci Kanalına verilən məlumata əsasən, yanğın ticarət mərkəzinin damındadır.

Hadisə yerinə yanğınsöndürən – xilasedici briqadaları səfərbər olunub.

Yanğının söndürülməsi prosesi davam edir.

Yanğının nədən baş verdiyi hələlik məlum deyil.

Oxşar