Qldanidə səkkizinci mikrorayon binalarından birinin yaxınlığında qarajlar sökülür
Qldani rayon rəhbərliyi səkkizinci mikrorayonda 1 nömrəli yaşayış binasının yaxınlığındakı qarajların sökülməsinə başlayıb. Məlumatı Tbilisi meriyası yayıb.
Paytaxt meriyasından verilən məlumata əsasən, administrasiya tərəfindən əhalinin təşəbbüsü və iştirakı ilə adıçəkilən binanın yaxınlığındakı 16 qaraj və üzlük hasarlar sökülür. Bundan sonra parkinq yeri qaydaya salınacaq, abadlıq işləri aparılacaq.
“Eyni layihə çərçivəsində N2-N4 binanın yaxınlığındakı zədələnmiş meydança tam bərpa olunacaq. İşlər çərçivəsində uşaq əyləncə guşəsi, fitnes meydançası, çöl işıqlandırma və suvarma sistemləri quraşdırılacaq. Abadlıq işləri aparılacaq. Həmçinin meydan üçün lazım olan digər infrastruktur da yerləşdiriləcək. Bunun üçün təxminən 250000 lari xərclənəcək.
Qldani rayonunun bələdiyyə sədri vəzifəsini icra edən Besik Kaladze, Sakrebulo deputatı Konstantin Zarnadze ilə birlikdə cari iş prosesi ilə tanış olub, görülən işlər barədə əhaliyə məlumat verib”, – Tbilisi meriyası məlumatında qeyd olunur.