Ədliyyə naziri Rati Breqadze Qldaninin 8 saylı cəzaçəkmə müəssisəsində Ədliyyə Evinin üçüncü filialını açıb.
Ədliyyə Evləri məhbuslara 50-dən çox dövlət və özəl sektor xidmətlərinə məhdudiyyətsiz çıxış imkanı verir. Filiallar penitensiar xidmətin əməkdaşlarına da xidmət göstərəcək.
Bu gün penitensiar sistemdə aparılan islahatlar çərçivəsində Qldani həbsxanasında qida təhlükəsizliyinin keyfiyyətini daha da artıracaq yeni mətbəx sahəsi istifadəyə verilib.
Mətbəx 3000 təqsirləndirilən/məhkuma xidmət göstərəcək. Səkkiz növ menyu müxtəlif xəstəlikləri olan məhkumlar üçün nəzərdə tutulub və onların sağlamlıq ehtiyaclarına tam uyğunlaşdırılıb. Məkanda müvafiq kompensasiya alan 17 məhkum var.
Ədliyyə nazirinin müavini Erekle Ğvinianidze, Xüsusi Penitensiar Xidmətin rəisi Nika Tşvaraşvili və “Ədliyyə Evi”nin sədri Laşa Lobcanidze Qldaninin 8 saylı cəzaçəkmə müəssisəsində Ədliyyə Evinin və mətbəx sahəsinin açılışında iştirak ediblər.
Bu barədə məlumatı Gürcüstan Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.