Qızıl xaç nümayəndə heyyətinin rəhbəri - İraqdan uşaqların repatriasiyası humanistliyin ürək kövrəldən nümunəsidir
Gürcüstanda Qızıl Xaç Beynəlxalq Komitəsinin nümayəndə heyyətinin rəhbəri İraqdan Gürcüstana üç uşağın repatriasiyasını salamlayır.
Saverin Çahaz bəyanatını Twitter səhifəsindən yayır.
“Çox sevinirəm ki, İraqdan Gürcüstana üç uşağın repatriasiya prosesi müvəffəqiyyətlə başa çatdı və onlar indi nənə-babalarının yanındadılar. Gürcüstanın Ədliyyə Nazirinə və bu prosesdə iştirak edən hərkəsə təşəkkür edirəm. Bu hərəkət, müharibə şərtlərində, humanistliyin ürək kövrəldən nümunəsidir” – yazıb Severin Çahaz.
Xatırladaq ki, oktyabrın 13-də İraq həbsxanasında olan Gürcüstan vətəndaşının uşaqları Tbilidiyə gətirildilər.