Qiymətləndirmə və Milli İmtahan Mərkəzi gürcü dili və ədəbiyyat, eləcə də osetin dili imtahanlarının ilkin nəticələrini dərc edir
Qiymətləndirmə və Milli İmtahan Mərkəzi abiturientlərin yazı işlərinin və balların dərcinə başlayıb. Gürcü dili və ədəbiyyat, eləcə də osetin dili imtahanının ilkin nəticələri dərc olunub.
Abiturient öz nəticəsini öyrənmək üçün online.naec.ge saytına daxil olmalı, müvafiq sahəyə şəxsi nömrəsini və beşrəqəmli parolunu daxil etməlidir.
“İmtahan verən şəxs, şəxsi səhifəsində öz yazılı işinin surətini və konkret fənn üzrə aldığı ilkin balı görmək imkanına malik olacaq. Vahid Milli İmtahanların yekun nəticələri iddialara baxıldıqdan, balların bərabərləşdirilməsindən və ölçəkləmədən sonra dərc olunacaq.
Abiturientlər nəticələri qısa mətn bildirişləri ilə də öyrənə biləcəklər. Bunun üçün imtahan verən şəxs öz mobil telefonundan (Geocell) şəxsi imtahan identifikasiya nömrəsini 93333 nömrəsinə göndərməlidir (abunəçi mesaj göndərdiyi qədər 0,50 lari -xidmət haqqı hesabdan çıxılacaq).
Gürcü dili və ədəbiyyat, eləcə də osetin dili testinin maksimal balı 60-dır. Balların bərabərləşdirilməsindən sonra abiturient tərəfindən toplanmış bal bu fənn üçün müəyyən edilmiş maksimal balın 25%-dən çox olacağı təqdirdə, abiturient bu fənn üzrə imtahanı keçmiş hesab ediləcək. Bərabərləşdirmə nəticəsində ilkin balı minimum kompetensiya həddindən az olan, lakin ona yaxın olan abiturientlərin həddi keçmək şansını qoruyub saxlaması vacibdir.
Bütün imtahanların nəticələri açıqlandıqdan sonra apellyasiya müraciətlərinin qəbuluna başlanılacaq. Müraciətlər elektron veb səhifədə- online.naec.ge saytında qəbul ediləcək”- deyə Qiymətləndirmə və Milli İmtahan Mərkəzinin məlumatında qeyd olunur.