Yuxarı qiymət həddi tətbiq olunan xroniki və onkoloji dərmanların siyahısı artıb
Yuxarı qiymət həddi tətbiq olunan xroniki və onkoloji dərmanların siyahısı artıb

 

Gürcüstanın Səhiyyə Nazirliyi istinad qiymətinin tətbiq olunduğu dərmanların siyahısının artdığına dair məlumat yayır. Verilmiş məlumatda yuxarı qiymət həddinin 1600-dən çox xroniki və onkoloji dərman vasitəsi üçün müəyyən edildiyi deyilir.

“İlin sonuna kimi istinad qiymətqoyma mexanizmi 7 minə qədər dərman vasitəsinə şamil olunacaq. İslahatın məqsədi ölkədə dərmanların qiymətini azaltmaqdır. Dəyişikliyə əsasən, əczaçılıq şirkətləri təyin edilmiş qiymətləri rəhbər tutmalıdırlar. Apteklər dərmanları qeyd olunan qiymətdən baha satsalar, cərimələnəcəklər”- deyə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Xatırladaq ki, əhalinin dərman vasitələrinə çatımlılığını artırmaq məqsədilə dövlət tərəfindən xroniki və onkoloji dərman vasitələrinin maksimum qiymət həddi müəyyən edilib və ondan yuxarı qiymətə satış qadağan edilib. Dəyişiklik nəticəsində əczaçılıq məhsulunun qiyməti orta hesabla 40% ucuzlaşacaq.