Giya Volski - Saakaşvilinin ekstradisiyası qanuna müvafiq olaraq həyata keçirilməlidir
Parlamentin vitse-spikeri, Giya Volski hesab edir ki, keçmiş prezident Mixail Saakaşvilinin ekstradisiyası həyata keçirilməlidir.
Volskinin jurnalistlərə bəyan etdiyinə görə, əksər hallarda söhbət ondan gedir ki, Saakaşvilinin ekstradisiyası hansı partiyaya sərf edir hansına – yox.
“Bunun ətrafında müəyyən ajiotajlar ortaya çıxıb, bu o zaman ki, hüquq normaları var ədalət var. Ekstradisiya bunun tərkib hissəsidir. Şəxsən mən və siyasi qrup nə düşünsək də, bu ekstradisya baş tutmalıdır və bu qanuna müvafiq həyata keçirilməlidir”, – Volski bəyan etdi.