Giya Volski marixuananın istehsalı barəsində qanunlayihənin Parlamentdə geri göndərilməsi mümkündür
Parlamentin vitse-spikeri Giya Volski istisna etmir ki, marixuananın istehsalı barəsində qanunlayihənin Parlamentdə geri göndərilməsi baş versin.
Volskinin jurnalistlərə bəyan etdiyinə görə, marixuananın istehsalı-becərilməsi mövzusunu əhatəli müzakirə etməlidirlər və ictimaiyyətə təfərrüatlı məlumat çatdırmalıdırlar.
“Əgər bundan sonra suallar olsa, biz mövqeyə yenidən baxmalıyıq. İctimaiyyətin istəmədiyi, nə qanunla nə də başqa cədhlərlə edilməməlidir.
Qanunlayihənin geri göndərilməsi mümkündür. Hansı dəyişikliklərdən söhbət getdiyi barəsindən ictimaiyyətin məlumatı yoxdur. Görünür komunikasiyada önəmli nöqsan var”, – Volski bəyan etdi.