Qivi Mikanadzenin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Azərbaycanın qanunverici orqanında görüşlər keçirir
Qivi Mikanadzenin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Azərbaycanın qanunverici orqanında görüşlər keçirir

Gürcüstanın Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri Qivi Mikanadzenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan parlamentində görüşləri davam edir.

Qivi Mikanadze və nümayəndə heyətinin üzvləri Milli Məclisdə Azərbaycan-Gürcüstan dostluq qrupunun rəhbəri Arzu Nağıyev və qrupun üzvləri ilə görüşüblər.

Görüşdə tərəflər Gürcüstan və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərini müzakirə ediblər. Ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığa diqqət yetirilib. Tərəflər parlamentlərarası münasibətlərin dərinləşdirilməsindən və dostluq qrupları arasında əlaqələrin gücləndirilməsindən danışıblar.

Gürcüstan parlamentinin nümayəndə heyətinə Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri Qivi Mikanadze və komitənin üzvləri Qiorqi Sosiaşvili və Rostom Çxeidze daxildir.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.