Qivi Mikanadze İtaliyada parlamentin hər iki palatasından olan həmkarları ilə görüşüb
Qivi Mikanadze İtaliyada parlamentin hər iki palatasından olan həmkarları ilə görüşüb

Gürcüstan Parlamentinin Təhsil və Elm Komitəsinin sədri Qivi Mikanadze parlament nümayəndə heyətinin İtaliyaya səfəri çərçivəsində Senatın Mədəniyyət, Təhsil, Elm və İdman Komitəsinin sədr müavini Culiya Kozenza və Aşağı Palata Komitəsinin sədri Federiko Mollikone ilə görüşüb.

Görüşlərdə Qivi Mikanadze həmkarlarını Gürcüstanda təhsil və elm sahəsində aparılan islahatlarla tanış edib və son illər İtaliya ilə Gürcüstan arasında hər iki sahədə imzalanmış əməkdaşlıq sazişlərinin əhəmiyyətini vurğulayıb.

Qivi Mikanadzenin təşəbbüsü və italiyalı həmkarlarının dəstəyi ilə bu ilin payızında hər iki palatanın müvafiq komitələri ilə əməkdaşlıq haqqında kommünike imzalanacaq və Tbilisidə Gürcüstan-İtaliya parlament komitələrinin birgə iclasları keçiriləcək. İclaslarda təhsil və elm sahəsində cari layihələri müzakirə edəcək, gələcək əməkdaşlığın perspektivləri müəyyən ediləcək.

İtaliya tərəfi gələcək əməkdaşlığın dərinləşdirilməsinə tam hazır olduğunu bildirib.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.