Qivi Mikanadze - Gürcüstan indiyədək olduğu kimi, beynəlxalq səviyyədə Ukraynaya siyasi dəstəyini gələcəkdə də davam etdirəcək
Gürcüstan indiyədək olduğu kimi, beynəlxalq səviyyədə Ukraynaya siyasi dəstəyini gələcəkdə də davam etdirəcək – bu haqda parlament çoxluğunun üzvü Qivi Mikanadze bildirib.
Qivi Mikanadzenin qeyd etdiyi kimi, müharibə cinayətləri ilə bağlı konkret işlərin araşdırılmasına başlamaq üçün beynəlxalq Haaqa Məhkəməsinə cəmi 38 ölkə müraciət edib və Gürcüstan da onlardan biri olub. Bu da Gürcüstan hökumətinin Ukraynaya dəstək verən siyasi mövqeyini açıq şəkildə göstərir.
“İstənilən manipulyasiya, hər hansı cəhd ilk növbədə ölkəyə zərərlidir və bu, hansısa yolla bir sıra televiziyaları radikal müxalifətin gündəminə salmaq, onların diktə etdiyi əsassız izahatlar əsasında süjetlər hazırlamaq, suallar vermək cəhdidir. Avropa Şurası səviyyəsində qəbul edilmiş Ukrayna yönlü qətnamələri çıxarın və siz “Milli Hərəkat”ın nümayəndələrinin iştirak etdiyi və səs vermədikləri bir sıra qətnamələrə rast gələcəksiniz. Gürcüstan indiyədək olduğu kimi, beynəlxalq səviyyədə Ukraynaya siyasi dəstəyini gələcəkdə də davam etdirəcək.
Dəstəkləmədiyimiz konkret qətnaməylə bağlı da sizə çox asanlıqla cavab verəcəyəm. Tək bir deyil, faktiki olaraq bütün qətnamələri dəstəklədik və sözü gedən hal zamanı Gürcüstan nümayəndə heyətinin səfəri başa çatmışdı. Çox uğurlu səfərimiz oldu və ikitərəfli və çoxtərəfli formatda bir sıra mühüm görüşlər baş tutdu. Konkret bu qətnaməyə gəlincə, komitələrdən birinə çıxarılmışdı və orada bizim nümayəndə heyətinin üzvü qətnaməni dəstəklədiyini bildirdi. Bu qətnamə müzakirə olunan zaman, nümayəndə heyətimizin nümayəndəsi Xatia Tsilosaninin komitədə dəstək verib-vermədiyini yoxlaya və görə bilərsiniz”, – deyə Mikanadze bildirib.