Giuli Alasaniya - lent yazısını dinləməmişəm, dinləmək də istəmirəm
Lent yazısını dinləməmişəm, dinləmək də istəmirəm, – bu barədə Gürcüstanın keçmiş prezidenti, Mixail Saakaşvilinin anası, Giuli Alasaniya Gürcüstanın Birinci Kanalına bu gün yayılan səs yazısı barədə bəyan etdi.
“Bu səfehlikdir. Ümumiyyətlə haradan uydurdular. Nə yazı. Nə danışırlar. Bu yazını dinləməmişən, dimləmək də istəmirəm və buna vaxtım da yoxdur. Nə ilə məşğul olduğumu və nə etdiyimi hamı görür. İndi nəsə yeni yazı uydurdular”, – Alasaniya bəyan etdi.
“Rustavi2” teleşirkətində səs yazısı yayıldı. Şirkətin məlumatına görə, həqiqiliyi təsdiq olunmayan səs yazısında Giuli Alasaniya müxalifət nümayəndələrini “parazitlər” adlandırır. Səs yazısında Giuli Alasania Saakaşvilinin Gürcüstana qayıtmasında Rusiya faktorundan da danışır. Teleşirkətin məlumatına görə, səs yazısı Mixail Saakaşvilinin Gürcüstana gəlməsindən əvvəl yazılıb və Giuli Alasaniyanın kiminlə danışdığı məlum deyil.