Qiuli Alasania - Prezidentə münasibət məni heyrətə gətirir, nə aksiyası təşkil etdilər, bəzi şübhəli insanların gələrək "öldürün", "öldürün" deyə qışqırmalarını başa düşə bilmədim, sivilizasiyaya dair necə iddiamız ola bilər?
Prezidentə münasibət məni heyrətə gətirir, bu nə idi, nə aksiyası təşkil etdilər, başa düşmədim, birbaşa İncil sujeti idi. Bəzi şübhəli insanların gələrək “öldürün”, “öldürün” deyə qışqırmaları fonunda, sivilizasiyaya dair necə iddiamız ola bilər? – bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin anası Qiuli Alasania açıqlayıb.
Qiuli Alasania bu cür hərəkətlərin hamı üçün qəbuledilməz olduğunu bildirib.
“Ümumiyyətlə prezidentə münasibət məni heyrətə gətirir, bu nə idi, nə aksiyası təşkil etdilər, başa düşmədim. Dövlətin simvollarından biri prezidentdir, toxunulmazdır və orada nə təşkil olunduğunu mən başa düşmədim, birbaşa İncil sujeti idi. Hansı əsrdə yaşayırıq, bəzi şübhəli insanların gələrək “öldürün”, “öldürün” deyə qışqırmaları fonunda, sivilizasiyaya dair necə iddiamız ola bilər? Bu cür hərəkətlər hamı üçün qəbuledilməzdir” -deyə Qiuli Alasania açıqlayıb.
Dünən prezident iqamətgahı yaxınlığında aksiya keçirilib. Aksiya iştirakçıları prezidenti Mixeil Saakaşvilini əfv etməməyə çağırıblar.