Qiuli Alasania - görünür, Mixeil Saakaşvili "Vivamed" klinikasının həkimlərinə etibar etmir və buna görə də müalicəyə başlamır
Görünür, Mixeil Saakaşvili “Vivamed” klinikasının həkimlərinə etibar etmir və buna görə də müalicəyə başlamır-bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin anası Qiuli Alasania açıqlayıb.
Qiuli Alasanianın qeyd etdiyi kimi, dünən Mixeil Saakaşvili yenidən huşunu itirib.
“Çox pisdir. Sabah daha bir yeni proses olacaq. Dünən də oldu, sabah da olacaq, amma bütün bunların artıq nə mənası olduğunu bilmirəm, çünki bu adamın nə vaxta qədər dözəcəyini bilmirəm”-deyə Alasania açıqlayıb.
Saakaşvilinin “Vivamed” klinikasının həkimlərinə güvənmədiyi və buna görə də müalicəyə başlamadığına dair suala Qiuli Alasania belə cavab verib: “Görünür, elədir. İçəri girəndə bu mövzu haqqında danışmaq niyətindəyəm”.