Qitanas Nausada - NATO-nun bizim dostlarımız, Gürcüstan və Ukraynaya qarşı açıq qapı siyasətini alqışlayırıq
Qitanas Nausada - NATO-nun bizim dostlarımız, Gürcüstan və Ukraynaya qarşı açıq qapı siyasətini alqışlayırıq

NATO-nun bizim qonşularımız, dostlarımız, Gürcüstan və Ukraynaya qarşı açıq qapı siyasətini alqışlayırıq. Biz tərəfdən verilən vədlər yerinə yetirilməlidir. 2008-ci il Buxarest sammitinin “Şərq Partnyorluğu” haqqında qərarını xatırlatmaq istəyirəm, – bu barədə Litva prezidenti, Qitanas Nausada NATO sammitinin açılışında bəyan etdi.

Onun dediyinə görə, Rusiya və artıq indi Belarus tərəfdən tə təhlükələr qeydə alınır və NATO-nun Rusiyanın aqressiv hərəkətlərinə qarşı aşkar, vahid və həlledici reaksiyasi olmalıdır.

Bununla yanaşı, Qitanas Nausadanın bəyan etdiyinə görə, Litva hazırdır ki, 2022-ci il İspaniyada planlaşdırlmış sammitdən sonra NATO sammitinə ev sahibliyi etsin.