“Qirçi” siyasi partiyaların maliyyələşdirilməsi qaydasının dəyişdirilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edir
“Qirçi” siyasi partiyaların maliyyələşdirilməsi qaydasının dəyişdirilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edir

 
“Qirçi” siyasi partiyaların maliyyələşdirilməsi qaydasının dəyişdirilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edir. Büronun bugünkü iclasında müvafiq dəyişikliklərin təşəbbüsü irəli sürüləcək.

Dəyişikliyə əsasən, siyasi partiyaların dövlət büdcəsindən bir faizlə maliyyələşdirilməsi qaydası dəyişdirilməlidir və o, seçki səddini aşmaqla əlaqələndirilməlidir.

“Mövcud qanuna əsasən, partiya hər il dövlət büdcəsindən son parlament seçkilərində ilk 50 000 həqiqi səs daxilində alınan hər səsə görə 15 lari, sonrakı hər həqiqi səsə görə isə 5 lari məbləğində vəsait alır. Yuxarıda qeyd olunan maliyyələşdirmə qaydası dəyişmir, əgər partiya 5%-lik seçki səddini keçərsə, hazırkı qayda ilə müəyyən edilən qədər maliyyə vəsaiti alacaq. Əgər seçki səddini keçə bilməsə, o zaman dövlət büdcəsində vəsaitə qənaət ediləcək. Əgər partiya başqa partiya ilə birləşsə və birləşmə nəticəsində seçki səddini keçsə, bu maliyyələşdirmə qaydasını nəzərə almaqla, indiyədək bir faizi keçdiyinə görə ilk 50 000 həqiqi səs üzrə 15 lari alan partiya 5 lari alacaq, bundan irəli gələrək, bu halda da büdcənin xərclər hissəsi azaldılacaq” – deyə qanun layihəsinin açıqlama kartında qeyd edilib