“Girçi Krallığının kralı” Herman Sabo parlamentin üzvü oldu
Gürcüstan parlamenti Qirçi partiyasının üzvü Herman Sabonun parlament səlahiyyətlərini tanıyıb. Herman Sabo parlamentdə Zurab Caparidzeni əvəz edəcək.
Parlamentin plenar iclasında Herman Sabonun parlament üzvü kimi tanınması məsələsi səsə qoyularaq 89 səslə dəstəkləndi.
Noyabrın 16-da Parlament Zurab Caparidzenin səlahiyyətlərinə öz xahişi ilə xitam verib.
Herman Sabo partiyada “Qirçi Krallığının Kralı” statusuna malikdir.