“Qirçi – Daha Çox Azadlıq” və “Droa” seçki birliyi yaradır. Bu barədə hər iki tərəfin mətbuat xidmətləri məlumat yayıb.
“Bizi birləşdirir:
– Rusiya rejimi ilə sıfır əməkdaşlıq;
– Gələcəyə aydın baxış;
– Sovet birpartiyalı sistemini müasir, Qərb tipli koalisiya hökuməti ilə əvəz etmək motivasiyası;
Biz Gürcüstan vətəndaşları üçün normal seçim yaradırıq”, – partiyanın mətbuat xidmətindən bildirilib.