"Girqvliani düzəlişləri" parlament bürosunun iclasında bügün müzakirə ediləcək
“Gürcü Arzusu” fraksiyası tərəfindən hazırlanan “Qiqrvliani düzəlişləri” adlı qanun dəyişiklikləri parlamentin iclasında bugün müzakirə olunacaq.
Qanunvericiliyi təqdim edən Mamuka Mdinaradze açıqlayır ki, yeni təşəbbüs çərçivəsində hazırlanan maddələrdən biri dövlət siyasi vəzifəsi olan şəxs tərəfindən vəzifəsinin suistifadə etməsindən gedir.
Mamuka Mdinaradzenin dediyinə görə, yeni qanunlayihəyə əsasən, hökümət vəzifəsində çalışan şəxslər tərəfindən istintaqın və məhkəmənin işinə qarışmaq cəhdinə görə məsuliyyət sərtləşir.
“Ümid edirəm ki, Gürcüstan o keçmişinə geri qayıtmayacaq və gələcəkdə bu normalardan istifadə etmək lazım olmayacaq. Ancaq bu normaların mövcud olması zəruridir ki, heç bir yüksək vəzifəli şəxs cinayət törədib, həmin cinayətin istintaqına mane olmağı cürət edə bilməsin” – dedi Mamuka Mdinaradze.