Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevə 11 il və iki ay həbs cəzası verildi
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevə 11 il və iki ay həbs cəzası verildi.
Məhkəmə sabiq prezident Atambayevi, çeçen kriminalı Aziz Batukayevi həbsxanadan qanunsuz azad etməkdə suçlu hesab etdi.
Atambayev Qırğızıstan prezidenti vəzifəsini 2011-ci ildən 2017-ci ilə qədər tuturdu.
“Royterin” məlumatına görə, Atambayevin tərəfdarları məhkəmənin bu qərarını, Qırğızıstanın hazırki prezidenti Soronbay Jeenbekov və sabiq prezident arasındaki siyasi qarşıdurmayla əlaqələndirirlər və qərarın ədalətsiz və siyasi motivli olduğunu bildirirlər.