Qırğız medyası - Mixel Saakaşvili Qırğızıstana islahatların həyata keçirilməsində yardım edəcək
Ukraynanın İslahatların İcraçı Şurasının rəhbəri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili, Qırğızıstana islahatların keçirilməsində yardım etməyə hazırdır.
Qırğız medyasının yazdığına görə, bu barədə bəyanatı öz “Facebook” səhifəsində ekspert Japar Usenov yayıb.
Usenovun dediyinə görə, o Saakaşviliyi öz evinə dəvət etdi və görüşdə həmkarları Marqulan Seysembay və Zurab Adeişvili də iştirak edirdilər.
“Bəzi insanlar özlərini olduğundan fərqli göstərirlər və onları yaxından tanıyanda məyusluq hiss edirsən, ancaq Saakaşvili belə deyil. O çox səmimidir. Mixeil Saakaşvilinin energiyası və xarizması uzaqdan da görünür, o insanı özünə cəlb etməyi bacarır.
Biz Gürcüstandaki və Ukraynadaki islahatlar haqqında danışdıq. Mən Ona Qırğızıstandaki vəziyyəti izah etdim. Ölkələrimiz arasında bir çox paralel gördük. Bir çox ortaq problemlərimiz var. O bizə yardım etməyə hazır olduğunu bildirdi.
İndi sıra bizdədi. Ən gözəl praktikayı ondan dinləyib, Qırğızıstan Respublikasında tətbiq etməliyik” – Yazır Usenov.