Giorgia Meloni: Donald Trumpın açıqlamaları tamamilə uydurmadır, nə İtaliya, nə də mən heç vaxt kiməsə yalvarmamışıq
Giorgia Meloni ABŞ Prezidenti Donald Trumpın onunla bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib və bu açıqlamaların tamamilə uydurma olduğunu bildirib.
İtaliyanın Baş naziri videomüraciətində qeyd edib ki, nə İtaliya, nə də şəxsən özü heç vaxt kiməsə yalvarmayıb.
“Bəzi məsələlərə dərhal reaksiya vermək lazımdır. Donald Trampın açıqlamaları tamamilə uydurmadır. Açığı, mən hiddətlənmişəm. ABŞ prezidentinin öz müttəfiqlərinə qarşı niyə belə davrandığını başa düşmürəm. Xüsusilə də bu, ilk dəfə baş vermir. Yalnız onu deyə bilərəm ki, təəssüf doğurur ki, o, eyni qətiyyət və prinsipiallığı Qərbin düşmənlərinə, ABŞ-ın rəqiblərinə və daha yumşaq davrandığı liderlərə qarşı nümayiş etdirmir. Ancaq bir şeyi xatırlamalıdır: nə İtaliya, nə də mən heç vaxt kiməsə yalvarmırıq”, – deyə Giorgia Meloni bildirib.
Bundan əvvəl Donald Trump İtaliya televiziyasına müsahibəsində Giorgia Meloni haqqında belə demişdi: “O, mənə yalvarırdı ki, onunla şəkil çəkdirim. Mənimlə şəkil çəkdirmək çox istəyirdi. Mən bunu etməzdim, amma ona yazığım gəldi. Yəqin ki, onunla danışdığıma görə xoşbəxtdir. Mən onunla danışmağa borclu deyildim.”