Qiorqi Vaşadzenin parlamenti mühasirəyə almağa dair çağırışı aksiya iştirakçıları tərəfindən narazılıqla qarşılanıb
“Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadzenin parlamenti mühasirəyə almağa dair çağırışı aksiya iştirakçıları tərəfindən narazılıqla qarşılanıb.
Aksiya iştirakçılarının qeyd etdiyi kimi, boş parlamenti nəyə görə mühasirəyə almalı olduqları onlar üçün anlaşılmazdır. Onlardan bəziləri aksiyanın parlament mühasirəyə alınmadan, adi rejimdə davam etməsinə dair fikrini ifadə edib.
“Bu qədər insanı gətirmisiniz və boş binanı mı mühasirəyə almalısınız?”-deyə aksiya iştirakçılarından biri qeyd edib.
Qiorqi Vaşadze Rustaveli prospektində keçirilən aksiyanın iştirakçılarını parlament binasını mühasirəyə almağa çağırıb.