Giorgi Vaşadze - sabah siyasi şurası iclası olacaq və burada yekun qərarı qəbul edəcəyik
Heç cür qarşıdurma baş verməyi. Müxtəlif fikirlərlə bağlı müzakirə aparırdıq, vəssalam, – bu barədə “Strategiya Ağmaşenebeli” partiyasının lideri, Giorgi Vaşadze “Lelo” ofisində müxalifətin görüşündən sonra bəyan etdi.
Onun dediyinə görə, sabah siyasi şurası iclası olacaq və bundan sonra, icitmaiyyətə hər şey bildiriləcək.
“Beşinci raundda diplomatlardan əks sədanı gözləyirik. Bu gün, düşünürəm, uzun müddət ərzində müzakirəmiz olduğu məsələ barəsində fonu cənab Kobaxidzenin bəyanatı ağırlaşdırdı. Onun təklifində yenidən hesablama və müxtəlif prosedurdlar barəsində təklifləri var idi, lakin hər şey mənfi komponentlərlə örtüldü. Sabah siyasi şurası iclası olacaq və burada yekun qərarı qəbul edəcəyik. Bu prosesdə nə cür iştirak edəcəyimizi bildirəcəyik. Güman edildiyinə görə, mövcud olan prosesə qoşulacağıq, lakin fərqli mövqeyimiz olsa, mütləq malumatlandıracağıq”, – Vaşadze bəyan etdi.
Bununla yanaşı, Seçki Məcəlləsinin Parlamentə daxil olmağa şərt olub olmaması barəsində suala Vaşadze bəyan edir ki, mümkün deyil.