Qiorqi Vaşadze “Gürcü Arzusu”na müraciət edərək “Xalqın Gücü”nün qanun layihəsini bir saata geri çəkməyə çağırır
“Quruculuq Strategiyası”nın lideri Q.Vaşadze “Gürcü Arzusu”na müraciət edərək “Xalqın Gücü”nün qanun layihəsini bir saata geri çəkməyə çağırır. Bununla yanaşı, o, dünənki aksiyada həbs olunan şəxslərin azadlığa buraxılması gərəkdiyini bildirib.
“Ümumi müxalifət adından bu gün sizi bizim tərəfimizdən konkret addımlar və tələblərin nədən ibarət olacağına dair vətəndaş sektoru, bütün qruplarla razılaşdırılmış müəyyən məsələlərlə tanış edəcəyəm. Tələb iki məsələdən ibarətdir. Birincisi, “Gürcü Arzusu” dərhal rus qanununu Gürcüstan parlamentindən geri çəkməlidir. İkincisi, dünən qanunsuz həbs edilən bütün şəxslər dərhal azadlığa buraxılmalıdır. Bu əllərimiz bizi qələbəyə aparacaq birliyimizin, bir yumruq olaraq birləşməyimizin işıqlı yoludur.
Düz 1 saatdır ki, Rusiyanın maraqlarını daşıyan bu insanlardan bəyanat vermələrini, qanunu parlamentdən geri çəkmələrini və dünən həbs olunanları azadlığa buraxmalarını gözləyirik. Əks halda, növbəti addımlara keçəcəyik. Bir saat biz gözləyərkən növbəti addım nə olacaq, sonra Bidzina İvanişviliyə müraciət edəcəyəm ki, ağlını başına yığsın və xalqın iradəsi ilə razılaşsın. Dərhal bu rus qanununu parlamentdən geri çəkin və bir saat ərzində cavab almasaq, o zaman atmalı olduğumuz konkret addımı elan edəcəyik”- deyə Qiorqi Vaşadze açıqlayıb.