Giorgi Vaşadze - Giorgi Qaxariyaya qarşı sual işarələri var, onlara mütləq cavab verməlidir, geridə qalanlara xalq qərar verəcək
Giorgi Vaşadze - Giorgi Qaxariyaya qarşı sual işarələri var, onlara mütləq cavab verməlidir, geridə qalanlara xalq qərar verəcək

Qaxariyanın dünənki tədbiri kifayət qədər zəif idi. Giorgi Qaxariya yenə də çox konkret məsələlər barəsində suallara cavab verməlidir, onun baş nazirliyi, nazirliyi və hökumətdə olduğu dövrdə iqtisadiyyat, sərmayələr, iş yerləri nəyə görə azldı, – bu barədə “Strategiya Ağmaşenebeli” partiyasının lideri, Giorgi vaşadze bəyan etdi.

Onun dediyinə görə, əgər Qaxariyanın qeyd olunan suallara cavabı yoxudursa, “deməli elə çıxır ki, özü də bu korrusiyanın iştirakçısıdır”.

“Baş nazir idi, İqtisadiyyat naziri idi, korrupsiya ilə mübarizə həvalə olunduğu Daxili İşlər naziri idi. Bu sual işarələri var və mütləq cavab verməlidir, geridə qalanlara xalq qərar verəcək, kimin nə dəstəyi olacaq. Gürcü xalqı şansı bütün siyasi qüvvələrə verir. Xalqın özü qərar verməlidir taleyini kimə etibar edəcək”, – Vaşadze bəyan etdi.

29 mayda Giorgi Qaxariya öz siyasi komandasını təqdim etdi.