Qiorqi Vaşadze - Ədalət mühakiməsinin açarını gürcü xalqına mütləq verəcəyik və məhkəmə sistemini klandan azad edəcəyik
Qiorqi Vaşadze - Ədalət mühakiməsinin açarını gürcü xalqına mütləq verəcəyik və məhkəmə sistemini klandan azad edəcəyik

 

Ədalət mühakiməsinin açarını gürcü xalqına mütləq verəcəyik və məhkəmə sistemini klandan azad edəcəyik , – bu barədə “Quruculuq Strategiyası”-nın lideri Qiorqi Vaşadze bildirib.

Onun sözlərinə görə, bunun üçün onlar Gürcüstan vətəndaşları , vətəndaş sektoru , eləcə də qərbli tərəfdaşlar ilə sistematik şəkildə işləyirlər.

“Şarl Mişel sənədində məhz icraatın əsas mexanizmlərindən qərbli tərəfdaşlarımız tərəfindən sanksiya komponenti var, hakimlərin təyinatı ilə bağlı istədikləri qədər saxta proses yaratsalar belə, bununla bağlı getdikcə daha intensiv şəkildə müzakirə aparılır . Bu hakimlərin heç biri ömürlük hakim ola bilməyəcək, bunu birbaşa və açıq şəkildə deyirəm, nə də ki ümumilikdə ədalət mühakiməsini klana təhvil verməyəcəyik. Dünən vətəndaş sektoru ilə bir neçə saat davam edən çox yaxşı, dərin müzakirə apardıq. Diplomatik korpusla da görüşdük. Ardıcıl olacağıq və ədalət mühakiməsini klandan azad edəcəyik, açarı Gürcüstan vətəndaşlarına verəcəyik”-deyə Qiorqi Vaşadze bildirib.