Giorgi Vaşadze bəyan edir ki, sağlamdır və bu gün aksiyaya getməklə izolasiya qaydasını nümayişkaranə pozdu
“Strategiya Ağmaşenebeli” partiyasının lideri, Giorgi Vaşadze hökumət administrasiyası qarşısında keçirilən etiraz aksiyasında iştirak etdi və izolasiya qaydasını nümayişkaranə pozdu.
Vaşadzenin dediyinə görə, onun koronavirus üzrə mənfi cavabı olan “PCR” testinin nəticəsi var.
Giorgi Vaşadzenin dəyərləndirməsinə görə, hakimiyyət tərəfindən ölkədə bir sıra düşünülməmiş məhdudiyyət tədbiq olunub.
“Məhz elə dəqiq olaraq bu cür məhdudiyyətə görə, mən indi evdə oturmalı idim. Xaricdə, Amerikada idim. Orada “PCR” testini təqdim etdim və hərəkət etməyimə problem yaranmayıb. Gürcüstana gəldim və 12 günlük karantinıə buraxdılar. Baxmayaraq ki, qaynar xəttə zəng etdim və dedim ki, test etmişəm, sağlamam. İkinci dəfə də dedim ki, daha bir test edəcəm, çıxmağa icazə verin yeddi dəfə test edəcəm. Deyirlər – yox, evdə oturmalısan. Budur, əlimdə son testin cavabını tuturam. Əsas odur ki, mən bu düşünülməmiş və mənasız məhdudiyyəti pozuram, bu cür düşünülməmiş məhdudiyyətlər çoxdur.
Xalqı acından qırırlar, iqtisadiyyatı məhv etdilər, heçkim sübut etmir ki, bu və ya digər məhdudiyyət nəyə görə lazımdır. Heç kim demir hər şeyi kütləvi açaq. Hər şey eyni ölçülü olmalıdr. Biznesi, iqtisadiyyatı, vətəndaşları işsiz, ac qoymaq və özündən razı skamyada oturaraq demək ki – bu mənim ən yaxşı hərəkətimdir, olmaz. Buna görə, onların tədbiq etdiyi qaydasız qaydanı nümayişkaranə pozuram”, – Vaşadze bəyan etdi.
Giorgi vaşadze hakimiyyəti aksiya iştirakçılarının tələblərini nəzərə almağa çağırdı.
Koronavirus ilə bağlı məhdudiyyətlərə qarşı hökumət administrasiyası qarşısında etiraz aksiyası keçirildi.