Giorgi Vaşadze baş nazirə müraciət edir, gəlirlər vergisinin ödənilməsi ən azından daha altı aylığına uzadılsın
Giorgi Vaşadze baş nazirə müraciət edir, gəlirlər vergisinin ödənilməsi ən azından daha altı aylığına uzadılsın

Baş nazir, İrakli Ğaribaşviliyə müraciət edirəm, sabahdan, bir iyundan Gürcüstan vətəndaşları, kiçik və orta biznesdə işlə təmin olunanlar gəlirlər vergisini tamamilə ödəməli olacaqlar, bu isə, mövcud ən ağır iqtisadi vəziyyətdə, faktiki olaraq qeyri-mümkün və təsəvvür edilməzdir, – qeyd olunan təşəbbüslə “Strategiya Ağmaşenebelinin” lideri, Giorgi vaşadze çıxış etdi.

Deputatın dediyinə görə, bu günki vziyyətdə, onsuz da yaxşı durumda olmayan biznesə güzəştlər lazımdır.

“Tələb edirəm və məsələni irəli sürürəm ki, gəlirlər vergisinin ödənilməsi ən azından daha altı aylığına uzadılsın və bu gün ölkədə ümumiyyətlə olan güzəştlər yayılsın. Kovid-krizisinə qədər də ölkədə ən ağır vəziyyət idi, kovid-krizis gürcü biznesini yoxsullatdı və dağıtdı, bir çox iş yerimizi itirtirdi və indi nə qalıbsa məqsəd onun qoruyub saxlamaqdır. Təəssüflər olsun ki, heç bir addım atılmayıb ki, iqtisadiyyat irəli getsin. Buna görə, düşünürəm ki, güzəştlər olmalıdır, çünki iqtisadiyyatda heç nə dəyişməyib və yaxşılaşmayıb”, – Vaşadze bəyan etdi.