Qiorqi Vaşadze aksiya iştirakçılarını parlament binasını mühasirəyə almağa çağırıb
Qiorqi Vaşadze aksiya iştirakçılarını parlament binasını mühasirəyə almağa çağırıb

 
“Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadze Rustaveli prospektində keçirilən aksiyanın iştirakçılarını parlament binasını mühasirəyə almağa çağırıb.

“Hər iki tərəfdən parlamentin ətrafına doğru hərəkət edək, sizə məxsus olan parlamenti mühasirəyə alaq. Bütün bunları dinc şəkildə edək. Biz polisi dünən olduğu kimi dinc etirazçılarla qarşıdurmaya getməməyə çağırırıq. Biz hər iki tərəfdən hərəkət edək və yan girişlərdə parlamentin ətrafına düzülək”- deyə Q.Vaşadze açıqlayıb.

Bununla yanaşı, Q.Vaşadze bundan əvvəl iki tələb irəli sürüb. O, “Gürcü Arzusu”na müraciət edərək bir saat ərzində “Xalqın Gücü”nün qanun layihəsini geri çəkməyə, eləcə də dünənki aksiyada saxlanılan insanları sərbəst buraxmağa çağırıb.