Qiorqi Tğemaladze - Tbilisi Munisipaliteti yerli və beynəlxalq səviyyədə Ukrayna xalqı üçün bir sıra mühüm dəstək tədbirləri həyata keçirib
Tbilisi Munisipaliteti Ukrayna xalqı üçün həm yerli, həm də beynəlxalq səviyyədə bir sıra mühüm dəstək tədbirləri həyata keçirib – bu barədə Tbilisi Sakrebulosunun sədri Qiorqi Tğemaladze Gürcüstanda Ukrayna məsələləri üzrə müvəqqəti nümayəndə Andrei Kasianovun bəyanatını şərh edərkən qeyd edib.
Küçəyə Ukrayna qəhrəmanlarının adının verilməsinə gəlincə, sakrebulonun sədri bildirib ki, Ukraynanın Gürcüstana səfirinin təyin edilməsi proseduru yaxın aylarda başa çatdırılmalıdır, bu da münasibətlərin normallaşmasına xeyli töhfə verəcək.
“Səfir təyin olunandan sonra biz istənilən məsələni müzakirə etməyə və ölkələrimiz arasında münasibətlərə uyğun qərarlar verməyə hazırıq” -deyə Qiorqi Tğemaladze açıqlayıb.
Gürcüstanda Ukrayna məsələləri üzrə müvəqqəti nümayəndə Andrei Kasianov bildirib: “Gürcüstan və Ukraynanın suverenliyi və müstəqilliyi uğrunda döyüşən qəhrəmanların şücaətinin qeyd olunması ilə bağlı təkrar rəsmi çağırışa Tbilisi Sakrebulosunun sədrindən rəsmi cavab almamışıq”.