Giorgi Tatunaşvili - İşğal altında olan Sxinvali oğlumun cəsədini ona görə verə bilmir ki, ona işkəncə edilib
“Bütün gərəkən idarələr əlindən gələni edir ki, oğlumun cəsədi tez vaxtda evinə gətirilsin”, – bu bəyanatı işğal altında olan Sxinvalidə ölən Arçil Tatunaşvilinin atası Giorgi Tatunaşvili verdi.
Giorgi Tatunaşvilinin dediyinə görə, oğlunun cəsədinin gətirilməsi ona görə uzadılır ki, onun bədənində işkəncə izləri var.
“Mənim oğlum güclüydü, yəqin onu həbs edənlərə müqavimət göstərib və onu öldürüblər. Tək istədiyim odur ki, oğlunun cəsədini anasına qaytarsınlar ki, onu ağlaya bilsin. Yoxsa da, bundan sonra Rusiyanın heç bir maşını bizim ərazidən keçməsin” – dedi Giorgi Tatunaşvili.