Giorgi Ruruanın azad edilməsi tələbi ilə aksiya-performans keçirildi
Giorgi Ruruanın azad edilməsi tələbi ilə aksiya-performans keçirildi

Vətəndaş aktivistləri və “Avropa Gürcüstanın” sabiq üzvü Elene Xoştaria Giorgi Ruruanın azad edilməsi tələbi ilə aksiya-performans keçirdilər.

Aksiya iştirakçılarının dediyinə görə, onlar aksiyayı simvolik olaraq, Ruruanın həbs edildiyi yerdə keçirilər.

Aktivistlər yoldan keçənlərə oyuncaq silahlar verirdilər və bəyan edirdilər ki, Giorgi Ruruaya qarşı irəli sürülən ittihamlar absurddur.

“Biz bu aksiya-performansla göstərmək istəyirik ki, Giorgi Ruruanın həbs edilməsi Sovet Milisiyası stilində həyata keçirildi. Gürcüstanda müxalifəti maliyyələşdirən biznesmenin avtomobilinə silah qoyuldu və o həbs edildi. Siyasi fəaliyyətinə görə həbs edilən məhbuslar və Giorgi Rurua tez zamanda azad olunmalıdırlar” – deyir aktivist İrakli Pavlenişvili.