Qanunsuz silah alıb-daşımaq və saxlamaq suçu ilə həbs edilən Giorgi Rurua həbsxanadan azad edildi.
O Qldaninin səkkiz nömrəli penitensiar müəssisəsini az öncə tərk etdi.
“Avropa İttifaqının prezidenti Şarl Mişelə və ABŞ səfiri Kelli Deqnana, həmçinin, Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartselə və ABŞ senatındaki dostlarımıza senatorlar Şahin və Rişə və digərlərinə təşəkkür etmək istəyirəm.
Razılaşmanın ilk maddəsi yerinə yetirildi və indi növbəti maddəsi də yerinə yetirilməlidir və Nika Melia da həbsxanadan çıxmalıdır.
Həmçinin, etdiyi fəaliyyətə görə, müxalifətə də təşəkkür edirəm. Mən onlara inanıram. İqtidarın təzyiqinə rəğmən işinə davam edən jurnalistlərə və ombudsmen aparatına və vətəndaş cəmiyyətinə də təşəkkür edirəm”, – dedi Giorgi Rurua.
Xatırladaq ki, Giorgi Rurua Gürcüstan prezidenti Salome Zurabişvilinin əfv qərarından sonra azad edildi.
O 2019-cu ilin noyabrın 18-də, qeyri-qanuni yollarla silah alıb, daşımaq və saxlamaq ittihamı ilə həbs edilmişdi.