Giorgi Qvimradze - Opponentlərin əksəriyyəti yenə də düşünür ki, İctimai Yayımçı dövlət televiziyasıdır və dövlətin dediyini yerinə yetirməlidir
“Opponentlərin əksəriyyəti İctimai Yayımçının funksiyasını anlamır və yenədə düşünür ki, bu dövlət televiziyasıdır və dövlətin dediyini yerinə yetirməlidir,” – bu bəyanatı İctimai Yayımçının yeni və cari xəbərlər blokunun direktoru Giorgi Qvimradze “Aktual mövzu” verlişində verdi.
Giorgi Qvimradzenin qeyd etdiyinə görə, parlament əksəriyyətində, hərkəs eyni düşüncədə ola bilməz və bu normaldır, ancaq insanların, İctimai Yayımçının funksiyası barədə prinsipal və fundamental məsələlər üzrə bir fikirə gələ bilmədikləri problemdir.
“Bir çox insan bugünə qədər İctimai Televiziyanın funksiyasının nə olduğu barədə suallar verir və düşünürəm ki, bu böyük problemdir.
Biz, Avropanın yayımçılar İttifaqının təşkilatçılığı və yardımı ilə, ictimaiyyətə İctimai yayımçının funksiyalarının nə olacağını açıqlamağı planlaşdırırıq” – dedi Giorgi Qvimradze.