Giorgi Quqava - gürcü xalqı, müxalifət, birgə mübarizə ilə mütləq məqsədinə nail olacaq
“Leyboristlər Partiyasının” üzvü, Giorgi Quqavanın bəyan etdiyinə görə, komissiyalara daxil edilən, nəticələrin yenidən hesablanmasını nəzərdə tutan minlərcə ərizə təmin olunmadı.
“Bu onların yaydığı saxtakarlıqdır, yalandır. Komissiyalara daxil edilən, minlərcə ərizə nəticələrin yenidən hesablanmasını nəzərdə tuturdu. Heç bir tələb təmin olunmayıb”, – Quqava bəyan etdi.
ABŞ dövlət katibi, Mayk Pompeonun Gürcüstana planlaşdırılmış səfərinə gəldikdə, Quqava deyir ki, ona cari proseslər barəsində dolğun məlumat çatdırılacaq.
“Böyük əhəmiyyəti yoxdur, görüş baş tutacaq ya yox. Cənab Pompeonun ölkədə oliqarxın etdiyi dədbəxtlik barəsində dolğun malumatı olacaq. Bu danışıqları hakimiyyətin dalana aparması mümkündür. Lakin gürcü xalqı, müxalifət, birgə mübarizə ilə mütləq məqsədinə nail olacaq, bu total olaraq saxtalaşdırlmış seçkilərdir. Bu ölkədə azad seçkilər keçirilməlidir”, – Giorgi Quqava bəyan etdi.
Qeyd olunanlar barəsində Giorgi Quqava Tbilisi Şəhər Məhkəməsində bəyan etdi. “Leyboristlər Partiyası” üzvləri məhkəməyə şikayət daxil etdilər.