Giorgi Qaxariya - partiyanın bölgə təşkilatlarının təsis edilməsi baxımından ilk addım atdıq
Giorgi Qaxariya - partiyanın bölgə təşkilatlarının təsis edilməsi baxımından ilk addım atdıq

Partiyanın bölgə təşkilatlarının təsis edilməsi baxımından ilk addım atdıq, – bu barədə “Gürcüstan üçün” partiyasının sədri, Giorgi Qaxariya Batumidə bölgə tə.kilatının təsis edilməsindən sonra jurnalistlərə bəyan etdi.

Bununla yanaşı, elə onun dediyinə görə, ofisin açılmasından sonra, elə bu gün partiyanın siyasi şurası üzvlərinin ilk iclası keçiriləcək.

“Tbilisidən sonra ilk bölgə ofisimizi Batumidə açırıq. Bu təsadüfi deyil. Əminəm ki, ölkəmizin sonrakı inkişafı Tbilisi, Batumi və başqa şəhərlərin uğuru ilə müəyyənləşir, buna görə, tamamilə dərk edədək bu addımı atdıq. Elə bu gün partiyanın siyasi şurası üzvlərinin ilk iclası keçiriləcək. proporsial istiqamətləri, insan hüquqları və demokratiyanın sonrakı inkişafı, ən əsası əsas məqsədi ölkənin deokupasiyasi və deborderizasiyası olan təhlükəsizliyi müzakirə edəcəyik. Bütün istiqamətlər üzrə platformalar etmişik, bunun da yaradılmasında müxütəlif ekspertlər iştirak edirdilər. Bu əhəmiyyətli gündür. Hesab edin ki, partiyanın bölgə təşkilatlarının təsis edilməsi baxımından ilk addım atdıq. Bizimlə işləyən bu gənclərə uğurlar arzulamaq istəyirəm. Batumi təşkilatına İrakli Tavdqiridze, Acaraya isə, İrakli Mikeladze rəhbərlik edəcək”, – Giorgi Qaxariya bəyan etdi.

“Gürcüstan üçün” partiyası Acarada bölgə təşkilatını təsis etdi.