Giorgi Qaxariya NDI-ın prezidenti, Derek Mitçel ilə görüşdü
Giorgi Qaxariya NDI-ın prezidenti, Derek Mitçel ilə görüşdü

“Gürcüstan üçün” partiyasının lideri, Giorgi Qaxariya NDI-ın prezidenti, Derek Mitçel ilə görüşdü.

Partiyanın mətbuat xidmətinin məlumatına görə, Giorgi Qaxariya Derek Miçel ilə Gürcüstanda planlaşdırlmış yerli seçkiləri müzakirə etdi. Həmçinin, “Gürcüstan üçün” partiyasının gələcək planları ilə tanış etdi.

“Demokratiyaya, güclü dövlət institutlarının quruculuğuna, korrupsiyaya qarşı  mübarizəyə, insan hüquqlarının müdafiəsi istiqamətilə mövcud çağırışlara və bu çağırışların dəf edilməsi yollarına xüsusi diqqət yetirildi.

Söhbət 19 aprel razılaşmasına qarşı məhkəmə sitemində cari proseslərə aid oldu”, – partiyanın mətbuat xidmətinin məlumatında deyilir.